Innovostok

Innovostok

məlumat

İnformasiya Texnologiyaları şirkəti

Rusiya ərazisində fəaliyyət göstərən İnnovostok müxtəlif İnformasiya texnologiyaları xidmətləri göstərir. Müştəri tərəfindən bu şirkətin loqotipi və korporativ tərzinin hazırlanması istənildi. Nəticədə modern, sadə, eyni zamanda dinamik loqotip və üslub alındı.

Money Gate

məlumat

Money Gate — Maliyyə öhdəliklərinin yığımının təşkili üçün hazırlanmış proqram təminatıdır.

Əsas istifadəçiləri maliyyə məhsulları və funkisyalarını təqdim edən qurumlar, maliyyə və qeyri-maliyyə təşkilatlarıdır. Proqram təminatının hazırlanmasında ən müasir texnologiyalardan və yanaşmalardan istifadə olunmuşdur. Bu proqram təminatının loqotipi və təqdimat şablonu hazırlanaraq istifadəyə verildi. Loqotipin əsasını təşkil edən pul və qapını xatırladan simvol tipoqrafik hissəyə maraqlı şəkildə inteqrasiya edilib. 

Fil Production

məlumat

Fil Production. Film studiyası. 

Teymur Hacıyevin studiyası olan Fil Production. Bəzən müştərinin öz art-direction-u mükəmməl olur. Hətta o qədər mükəmməl ki, alternativ yol axtarışına ehtiyac qalmır. Güclü müştəri art-direction-u əsasında Fil Production üçün loqo dizaynı hazırladıq. Sadə minimalistik və rəngsiz korporativ stillə isə studiyanın özü fokusda qalmış oldu.

Detox Prime

məlumat

Sağlam qida məhsulları üçün brendinq və
qablaşdırma dizaynı. 

Detox Prime çox geniş çeşiddən ibarət olan sağlam və faydalı qida məhsullarıdır. Bu məhsulları bir brendinq altında toplayacaq loqo dizaynı hazırlandı. Loqonun simvol hissəsi sağlamlığa, təbiiliyə işarə edən bitki üzərindəki yarpaqlar olmaqla, eyni zamanda “d” və “p” hərflərini xatırladır. İkinci mərhələdə isə məhsulların qablaşdırılmasının dizaynı və çapa hazırlanma işləri görüldü. 

Mars FK

məlumat

Mars FK. Nar istehsal şirkəti.

2009-cu ildən Kürdəmir rayonu ərazisində fəaliyyətə başlayan Mars FK 420 hektardan çox nar bağlarına sahibdir. Yerli və əcnəbi mütəxəssislərdən təşkil edilmiş Mars FK fəaliyyət müddətində Rusiya, Ukrayna, Almaniya, Fransa kimi ölkələrə nar ixrac etmişdir.

Milliliyi, nar istehsalçısı olmasını əks etdirəcək loqotip və onun əsasında korporativ stil (üslub) hazırlamaq tələb edilirdi. Nəticədə maraqlı və müştərinin də razı qaldığı bir iş ortaya çıxdı. Loqotipin əsasında korporativ üslub və yekun brendbuk hazırlandı.

Agrocenter

məlumat

Kənd təsərrüfatı təlim və inkişafı mərkəzi

Mərkəzin əsas məqsədi kənd təsərrüfatı sahəsində təhsil alan tələbələrin inkişafı üçün müasir təlim və tədrisin həyata keçirilməsidir. Bunun üçün mərkəz vaxtaşırı mütəxəssis və tələbələr arasında görüşlər, seminarlar, master-klaslar təşkil edir. Fərqlənən tələbələrin xaricdə müxtəlif konfrans və təlimlərdə iştirakına şərait yaradır.

Azərbaycanda kənd təssərüfatı sahəsi müasir inkişaf səviyyəsindən geri qalır. Obrazlı ifadə etsək bu sahənin işıqlanmaya, qaranlıqdan aşkara çıxarılmağa ehtiyacı var. Brendinqin əsasını da bu metafora təşkil edir. Qaranlıqda qalmış fərqli kənd təsərrüfatı simvolları işıqlandırılır, önə çıxardılır. İdeyanın qrafik əsasını açıq narıncı rəngli dairə simvolu təşkil edir. Bu dairə həm işıq, həm də mərkəz obrazıdır. Nəticədə müasir, dinamik brendinq əldə etmiş oluruq.

Loqofolio. 1-ci hissə

məlumat

Müxtəlif vaxtlarda hazırladığım loqo və
simvollardan ibarət kolleksiya

Kolleksiyada real satılmış və konsept olaraq qalmış loqolar öz yerini tapıb. Son hazırlamış olduğum loqofolio kolleksiyası isə ikinci hissədə əks olunacaq.

Originar

məlumat

Yerli nar brendi. 

Originar bir Mars FK brendidir. Bu brend altında şirkət xaricə nar və nar məhsulları ixrac edir. Bu brend üçün hazırlanan loqotipin simvol hissəsi O, N hərflərini və nar meyvəsinin siluetini xatırladır. Maraqlı loqotipin əsasında da korporativ üslub, brendbuk və informativ broşur hazırlandı.

Kristal Abşeron

məlumat

Mənzil-tikinti şirkəti üçün loqo dizaynı.  

Portfoliosunda 20-dən çox layihə olan ən böyük yerli şirkətlərdən olan “Kristal Abşeron” üçün loqotip dizaynı hazırlandı. Adındakı “kristal” sözünü və əsas fəaliyyət sahəsi olan mənzil tikintisini əks etdirən 3d görünüşlü simvolla maraq bir loqotip əldə etmiş olduq. Alınmış maraqlı simvol korporativ üslubu da eyni formada orijinal etmiş oldu.

Layihə Endorphin agentliyi ilə birgə həyata keçirilib.

Via Electronics

məlumat

Elektronika malları mağazası

Parlaq, müasir və yaddaqalan bir vizual kimlik dizaynı. Elektronika və məişət mallarını satacaq bu mağazalar üçün sadə, eyni zamanda yaddaqalan bir vizual kimlik hazırlamaq tələb edilirdi. Nəticədə müştəri arzuladığı dizaynları əldə etmiş oldu. Tipoqrafik loqotip və parlaq narıncı rəng qoyulan tapşırığı həll etməyə yardımçı oldu.