Nar. Həyatına rəng qat

Nar. Həyatına rəng qat

məlumat

Nar-ın yenilənmiş brendinqi üçün
hazırladığım əsas vizual.

Vizualın əsasını kommunikasiyanın konseptinə uyğun qırmızı-çəhrayı rəngli foto təşkil edir (Rolikə Nar-ın youtube səhifəsində baxa bilərsiniz). Görülmüş iş əsasən bu fotonun hazırlanmnasından ibarət oldu. Çəkilmiş foto retuş olundu, rəng korreksiyası və post-prodakşn edildi. Brifə uyğun olaraq fotoya 3d şarlar montaj edildi. Son olaraq da yekun fotodan KV dizaynı hazırlanıb, fərqli ölçülü çap reklamlarına uyğunlaşdırıldı. 

Müştəri: Nar
Kampaniya: Nar – Həyatına rəng qat, çünki daha çoxuna layiqsən!

Brend menecerlər: Ramin Axundov, Günel Teymur
Agentlik: Baku Media Center
Fotoqraf: İlqar Akif İlyasov
Kreativ direktor: Emin Mahmudov
İcraçı prodyuser: Tahir Əliyev

Lighthouse

məlumat

Sea Breeze-in tərkibində unikal yaşayış kompleksi 

Azərbaycanda unikal olacaq, modern bir üslubda tikilən altı mərtəbəli Lighthouse Residence kompleksi. Lighthouse məşhur Sea Breeze kompleksinin tərkibində olub, dənizdən cəmi 150 metr aralıda yerləşir. Bu kompleks üçün loqo dizaynı, korporativ üslub, promo kataloq və veb saytın dizaynı hazırlandı.

İlkin versiyalarda simvollu, daha qabarıq variantlar təklif edildi. Müştəriylə qarşılıqlı müzakirələrdən sonra daha minimalistik, tipoqrafik loqo üzərində duruldu.

Beltmann Piano

məlumat

Beltmann Piano fabriki üçün promo kataloq dizaynı

Gilan Holding-in tərkibinə daxil olan “Gilan Beltman” piano fabriki 2008-ci ildə qurulub. Şirkətin fəaliyyət tarixini, istehsal etdiyi məhsulların özünəməxsusluğunu və texniki xarakteristikaları əks edilən bu kataloq futlyar, xüsusi kəsimli üz qabığı və bir-birindən maraqlı tərtibata malik daxili səhifələrdən ibarətdir.