Agrocenter

Agrocenter

məlumat

Kənd təsərrüfatı təlim və inkişafı mərkəzi

Mərkəzin əsas məqsədi kənd təsərrüfatı sahəsində təhsil alan tələbələrin inkişafı üçün müasir təlim və tədrisin həyata keçirilməsidir. Bunun üçün mərkəz vaxtaşırı mütəxəssis və tələbələr arasında görüşlər, seminarlar, master-klaslar təşkil edir. Fərqlənən tələbələrin xaricdə müxtəlif konfrans və təlimlərdə iştirakına şərait yaradır.

Azərbaycanda kənd təssərüfatı sahəsi müasir inkişaf səviyyəsindən geri qalır. Obrazlı ifadə etsək bu sahənin işıqlanmaya, qaranlıqdan aşkara çıxarılmağa ehtiyacı var. Brendinqin əsasını da bu metafora təşkil edir. Qaranlıqda qalmış fərqli kənd təsərrüfatı simvolları işıqlandırılır, önə çıxardılır. İdeyanın qrafik əsasını açıq narıncı rəngli dairə simvolu təşkil edir. Bu dairə həm işıq, həm də mərkəz obrazıdır. Nəticədə müasir, dinamik brendinq əldə etmiş oluruq.

Loqofolio. 1-ci hissə

məlumat

Müxtəlif vaxtlarda hazırladığım loqo və
simvollardan ibarət kolleksiya

Kolleksiyada real satılmış və konsept olaraq qalmış loqolar öz yerini tapıb. Son hazırlamış olduğum loqofolio kolleksiyası isə ikinci hissədə əks olunacaq.

Originar

məlumat

Yerli nar brendi. 

Originar bir Mars FK brendidir. Bu brend altında şirkət xaricə nar və nar məhsulları ixrac edir. Bu brend üçün hazırlanan loqotipin simvol hissəsi O, N hərflərini və nar meyvəsinin siluetini xatırladır. Maraqlı loqotipin əsasında da korporativ üslub, brendbuk və informativ broşur hazırlandı.

Kristal Abşeron

məlumat

Mənzil-tikinti şirkəti üçün loqo dizaynı.  

Portfoliosunda 20-dən çox layihə olan ən böyük yerli şirkətlərdən olan “Kristal Abşeron” üçün loqotip dizaynı hazırlandı. Adındakı “kristal” sözünü və əsas fəaliyyət sahəsi olan mənzil tikintisini əks etdirən 3d görünüşlü simvolla maraq bir loqotip əldə etmiş olduq. Alınmış maraqlı simvol korporativ üslubu da eyni formada orijinal etmiş oldu.

Layihə Endorphin agentliyi ilə birgə həyata keçirilib.

Via Electronics

məlumat

Elektronika malları mağazası

Parlaq, müasir və yaddaqalan bir vizual kimlik dizaynı. Elektronika və məişət mallarını satacaq bu mağazalar üçün sadə, eyni zamanda yaddaqalan bir vizual kimlik hazırlamaq tələb edilirdi. Nəticədə müştəri arzuladığı dizaynları əldə etmiş oldu. Tipoqrafik loqotip və parlaq narıncı rəng qoyulan tapşırığı həll etməyə yardımçı oldu.

Lime Catering

məlumat

Lime Catering — professional iaşə xidmətləri
göstərən şirkət.

2006-cı ildən fəaliyyətdə olan Lime Catering professional iaşə xidmətləri, korporativ və fərdi banket xidmətləri göstərir. Şirkətin operativ və keyfiyyətli fəaliyyətini əks etdirən loqotip, korporativ üslub hazırlandı. Bütün bunları əks etdirən brendbukla iş tamamlanmış oldu.