Redbox

Yüz Production

məlumat

Yüz Production üçün loqo və
korporativ üslub dizaynı.

Taleh Yüzbəyovun reklam agentliyi Yüz Production üçün loqo dizaynı və bunun ardınca da korporativ üslubu tərtib etmək tələb edilirdi. Agentlik əsasən reklam filmlərinin çəkilməsi istiqamətində ixtisaslaşıb. Kontent isə əksər hallarda komik senarilər üzərində qurulur.

Bu ilkin brifi əsas alıb rəngarəng və maraqlı bir loqo hazırlandı. Əsasını simvolun daxili elemetnləri təşkil edən korporativ üslub da eyni formada yaddaqalandır. 

Lighthouse

məlumat

Sea Breeze-in tərkibində unikal yaşayış kompleksi 

Azərbaycanda unikal olacaq, modern bir üslubda tikilən altı mərtəbəli Lighthouse Residence kompleksi. Lighthouse məşhur Sea Breeze kompleksinin tərkibində olub, dənizdən cəmi 150 metr aralıda yerləşir. Bu kompleks üçün loqo dizaynı, korporativ üslub, promo kataloq və veb saytın dizaynı hazırlandı.

İlkin versiyalarda simvollu, daha qabarıq variantlar təklif edildi. Müştəriylə qarşılıqlı müzakirələrdən sonra daha minimalistik, tipoqrafik loqo üzərində duruldu.

Innovostok

məlumat

İnformasiya Texnologiyaları şirkəti

Rusiya ərazisində fəaliyyət göstərən İnnovostok müxtəlif İnformasiya texnologiyaları xidmətləri göstərir. Müştəri tərəfindən bu şirkətin loqotipi və korporativ tərzinin hazırlanması istənildi. Nəticədə modern, sadə, eyni zamanda dinamik loqotip və üslub alındı.

Money Gate

məlumat

Money Gate — Maliyyə öhdəliklərinin yığımının təşkili üçün hazırlanmış proqram təminatıdır.

Əsas istifadəçiləri maliyyə məhsulları və funkisyalarını təqdim edən qurumlar, maliyyə və qeyri-maliyyə təşkilatlarıdır. Proqram təminatının hazırlanmasında ən müasir texnologiyalardan və yanaşmalardan istifadə olunmuşdur. Bu proqram təminatının loqotipi və təqdimat şablonu hazırlanaraq istifadəyə verildi. Loqotipin əsasını təşkil edən pul və qapını xatırladan simvol tipoqrafik hissəyə maraqlı şəkildə inteqrasiya edilib. 

Fil Production

məlumat

Fil Production. Film studiyası. 

Teymur Hacıyevin studiyası olan Fil Production. Bəzən müştərinin öz art-direction-u mükəmməl olur. Hətta o qədər mükəmməl ki, alternativ yol axtarışına ehtiyac qalmır. Güclü müştəri art-direction-u əsasında Fil Production üçün loqo dizaynı hazırladıq. Sadə minimalistik və rəngsiz korporativ stillə isə studiyanın özü fokusda qalmış oldu.

Detox Prime

məlumat

Sağlam qida məhsulları üçün brendinq və
qablaşdırma dizaynı. 

Detox Prime çox geniş çeşiddən ibarət olan sağlam və faydalı qida məhsullarıdır. Bu məhsulları bir brendinq altında toplayacaq loqo dizaynı hazırlandı. Loqonun simvol hissəsi sağlamlığa, təbiiliyə işarə edən bitki üzərindəki yarpaqlar olmaqla, eyni zamanda “d” və “p” hərflərini xatırladır. İkinci mərhələdə isə məhsulların qablaşdırılmasının dizaynı və çapa hazırlanma işləri görüldü. 

Mars FK

məlumat

Mars FK. Nar istehsal şirkəti.

2009-cu ildən Kürdəmir rayonu ərazisində fəaliyyətə başlayan Mars FK 420 hektardan çox nar bağlarına sahibdir. Yerli və əcnəbi mütəxəssislərdən təşkil edilmiş Mars FK fəaliyyət müddətində Rusiya, Ukrayna, Almaniya, Fransa kimi ölkələrə nar ixrac etmişdir.

Milliliyi, nar istehsalçısı olmasını əks etdirəcək loqotip və onun əsasında korporativ stil (üslub) hazırlamaq tələb edilirdi. Nəticədə maraqlı və müştərinin də razı qaldığı bir iş ortaya çıxdı. Loqotipin əsasında korporativ üslub və yekun brendbuk hazırlandı.