Ön söz və ya bloq haqqında bir neçə kəlmə

Allaha şükür, təmbəlliyin daşını atıb şəxsi bloqumu işə saldım… Bir neçə il əvvəl “azdizayner.com” adlı bloqu idarə edirdim. O saytda daha çox Corel Draw və Adobe Photoshop-la bağlı hazırladığım dərsləri yerləşdirirdim. Kifayət qədər də uğurlu alınmışdı. 2010-cu ildə MilliNet müsabiqəsində Bloqlar kateqoriyasında qalib gəldim. Amma heç bir il də keçmədi bloqun fəaliyyətini dayandırmalı oldum.