Tipoqrafikaya həsr etdiyim kiçik həcmli məqalələr seriyasının ilk mövzusu elə bu terminin düzgün yazılışı (deyilişi) haqqında olacaq. Termin niyə bəzən tipoqrafika deyil, tipoqrafiya formasında ifadə edilir?
Qərara gəldim ki, qrafik dizaynla bağlı kitablar oxuduqca onlarla bağlı qısa şərhlər yazım. Açılışı Yan Uayt-ın “Dizaynla redaktə” kitabı oldu. Çoxsəhifəli çap materialları dizayı ilə məşğul olanlara faydası ola biləcək kitab haqqında ətraflı məqalədə.
3 sentyabrda çoxdan gözlənilən Graphic Design Azerbaijan qrupunun təşkil etdiyi sayca 4-cü Azərbaycan Dizaynerlər Forumu baş tutdu. Spiker kimi çıxış edib, təcrübələrimi, apardığım eksperimentləri həmkarlarımla bölüşmək çox gözəl tərcrübə oldu.