Sosial şəbəkələr üçün reklam posterlərini necə hazırlamaq lazımdır?

müəllif: Rizvan Bağırlı
15 Noyabr 2018

Digital Marketing Conference 2017-də spikerlik edib, “Sosial şəbəkələr üçün reklam posterlərini necə hazırlamaq lazımdır?” mövzusunda çıxış etdim. Bu tədbirin üzərindən təxminən 1 il keçib. Qərara gəldim ki, növbəti DMC ərəfəsində bu videonu paylaşım.

Digital Marketing Conference 2017-də spikerlik edib, “Sosial medianın rəngli üzü. Sosial şəbəkələr üçün reklam posterlərini necə hazırlamaq lazımdır?” mövzusunda çıxış etdim. Bu tədbirin üzərindən təxminən 1 il keçib. Qərara gəldim ki, növbəti DMC ərəfəsində bu videonu saytda da paylaşım.

Təxminən 500-600 nəfərlik auditoriyanın qarşısında olan bu çıxışın əsas mövzusu sosial şəbəkələr üçün reklam posterlərinin düzgün tərtib edilməsi idi. Bundan əlavə reklam postları üçün düzgün foto və illustrasiyaların seçilməsi prinsipləri, diqqət yetirməli olduğumuz detallar haqqında da məlumat verdim. Konfarns Digital Marketinq yönlü olduğu üçün çıxışımda SM posterlərinin dizaynından danışdım. Halbuki burada qeyd edilən prinsipləri rahatlıqla çap (print) və çöl (outdoor) reklamlarına da aid etmək olar.

Belə böyük auditoriya qarşısında çıxış etmək çox maraqlı təcrübə oldu. Çox sevindirici haldır ki, səsverməyə görə auditoriya spikerlər arasında məni 3-cü yerə layiq gördülər. Çox təəssüf ki, verilən vaxt çox qısa idi, 15 dəqiqəni keçmək şansım heç yox idi. Bir az da ona görə məcburən təqdimatı çox sürətli etməli oldum). Aşağıdakı linkdə olan təqdimatın PDF versiyasını yükləyib çıxış ilə birgə izləyə bilərsiniz.

DMC 2017 Təqdimatı | Rizvan Bağırlı (PDF)

 

son yazılarım