Pulsuz Foto Stok Saytları
Foto Seçilmişlər

Pulsuz foto-stok saytları

Səliqəli foto manipulyasiya və kollajların hazırlanması zamanı keyfiyyətli foto stoklardan istifadə etmək mütləqdir. Ölçüsü kiçik, keyfiyyəti aşağı olan fotolar son nəticəyə də öz mənfi təsirini mütləq göstərir. Bəs belə stok fotoları haradan əldə etmək mümkündür?

Bu dəfəki yazımda bəzi pulsuz resurslara nəzər salmaq istərdim. Pullu foto-bankları isə növbəti məqalədə müzakirə edərik.

Əksəriyyətimiz foto axtararkən müraciət etdiyimiz ilk resurs təbii olaraq Google Images olur. Amma məqaləni daha çox foto-stok saytlara həsr etdiyimdən bu resursu sadəcə yad etməklə kifayətlənək.

1. Pixabay

Pixabay.com
pixabay.com

Pixabay.com saytı çox istifadə etdiyim böyük pulsuz foto-banklardan birincisidir. Asan qeydiyyat prosesi və zəngin bazası olan saytın hazırda 930 000-dən çox foto və illustrasiyası var. Əksər fotolar yüksək keyfiyyətli və böyük ölçülüdür.

2. Unsplash

unsplash.com
unsplash.com

Müasir və minimalistik dizaynı olan unsplash.com saytının sizin üçün də faydası çox olacaq. Fərqli fotoqraflar tərəfindən hər gün yenilənən saytın resursları tamamilə pulsuzdur və çox yüksək keyfiyyətə malikdir. Əksər fotoların maraqlı rəng korreksiyaları, orijinal kompozisiyaları var.

3. Stocksnap

stocksnap.io
stocksnap.io

Stocksnap.io saytından qeydiyyatdan keçmədən çox yüksək keyfiyyətli fotolar yükləmək mümkündür. Saytın interfeysi rahatdır, lazımi materialları tapmaq üçün bir sıra maraqlı funksiyalar mövcuddur. Məsələn ən çox baxılan, yüklənən, dəbdə olan fotoları görmək üçün ayrı bölmələr var.

4. Foodiesfeed

foodiesfeed.com
foodiesfeed.com

foodiesfeed.com — bu saytdan qida və ərzaq məhsullarının maraqlı, yüksək keyfiyyətli fotolarını yükləyə bilərsiz.

5. Freepik

freepik.com
freepik.com

Ən nəhayət pulsuz foto resurslardan söz salıb, çoxlarımızın sevdiyi freepik.com saytından yan keçmək düz olmazdı. Əksər hallarda bu saytdan illustrasiya, pattern, vector obyektlər yükləsək də saytın bazasında kifayət qədər yüksək keyfiyyətli stok fotolar da var.

Qeyd etdiklərimdən əlavə də kifayət qədər bu tipli resuslar mövcuddur. Bəziləri gərəksiz qeydiyyat prosesi tələb edir, digərlərində lazımsız kontentə tez-tez rast gəlmək olur, bəzən də axtarılan fotoları tapmaq olmur. Siz öz iş prosesinizdə hansı fərqli saytlardan, mənbələrdən yararlanırsız? Hansı saytları tövsiyə edirsiz?