Loqofolio-lar (Loqo portfolioları) haqqında

müəllif: Rizvan Bağırlı
21 Noyabr 2018
Loqofolio — Rizvan Bağırlı

Bir neçə ildi qrafik dizaynerlərin portfoliolarında maraqlı bir qol yaranıb — loqofoliolar. Bu maraqlı tendensiya, loqofolioların bəzi üstümlükləri haqqında istərdim qısaca öz fikirlərimi paylaşım.

Qrafik dizayner portfolioları üçün ilk istinad yerimiz təbii ki, Behance platformasıdır. Bu saytda çox dərdindən araşdırma aparmadan tapdığım ilk loqofolio-lar 2015-ci ilin ikinci yarısına təsadüf edir (Bur biri, bu da ikincisi). Bu tarixdən sonra loqofolio və ya başqa sözlə desək loqo kolleksiyaları kütləvi şəkildə yaranmağa başladı. Bəs bu loqofolio nədir, niyə bu qədər populyarlıq qazandı? Bu kiçik məqalə əslində bu suallara cavab tapmaq üçündür.

Əksəriyyətimiz bilirik ki, portfolio üçün təqdimatlar hazırlamaq kifayət qədər çətin, vaxt aparan və məsuliyyətli işdir (yeri gəlmişkən portfoliolar haqqında başqa bir məqaləmdə oxuya bilərsiniz). Loqo kolleksiyalardan ibarət səhifələr də əsasən bu tipli bir problem olmur. Dizayner sadəcə bir səhifədə loqo və informasiya üçün maket hazırlayır, sonra da əlindəki loqoları bu şablona yerləşdirib ayrı-ayrı slaydlar (şəkillər) formasında save edir. Fiziki olaraq iş əsasən bundan ibarətdir. Sonra isə sadəcə olaraq yaratdığı faylları Behance portfoliosuna yerləşdirib, səhifənin info-detallarını tamamlamaq qalır.

Bu tipli portfolio layihələri digər dizaynerlərə də maraqlı gəlir. İlhamlanmıq üçün loqo kolleksiyaları toplayan dizayner çox əziyyət çəkmədən 10, 15 bəzən daha çox loqodan ibarət bir səhifəni öz kolleksiyaları sırasına qatır. Behance-də belə səhifələrin daha çox “like” toplaması da bəlkə elə bununla əlaqədardır.

Potensial müştəriyə loqo dizayn qabiliyyətini göstərmək üçün də bu format optimal sayıla bilər. Sizin işlərinizlə tanış olmaq üçün müştəri bir neçə səhifə vərəqləmək əvəzinə bir səhifədə gördüyünüz işləri, loqo dizayn tərzinizi görüb fikir formalaşdırır. Beləcə sizin ona lazım olan dizayner olub-olmadığınızı daha sürətli təyin etmiş olur.

Sadaladığım üstünlükləri nəzərə alıb, keçən ildən bu icmaya qoşuldum :-). Hələ ki, 3 belə kolleksiyam var — Logofolio #1   Logofolio #2   Logofolio #3

son yazılarım