Özüm haqqımda bir neçə kəlmə

Hər kəsə Allahın salamı olsun.

Tanış olaq — mən Bağırlı Rizvan Elbrus oğlu. 1983-cü ildə gözəl Azərbaycanımızın, gözəl rayonlarından olan İsmayıllıda anadan olmuşam.

Ali təhsilimi həm bakalavr, həm də magistr olaraq İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində almışam. Amma reklam və marketinq sahəsinə olan güclü marağım məni dolayı yolla bu sahəyə gətirib çıxartdı. Yəni iqtisadçı kimi işlədiyim halda paralel, həvəskar olaraq qrafik dizaynı öyrənməyə başladım. 4 il müddətində əvvəl iqtisadçı işlədiyim şirkətin çap reklam materiallarının dizaynını və ümumi konseptini hazırlamaqla məşğul oldum.

2011-ci ildə artıq reklam agentliyində işləməyə hazır olduğumu hiss etdikdən sonra ilk cəhdimi göstərdim və bu cəhd uğurlu alındı. Organic Ogilvy reklam agentliyində qrafik dizayner kimi fəaliyyətə başladım. 8 ay bu agentlikdə çalışıb, bir çox təcrübəli insandan reklam işinin incəliklərini öyrəndim, dizaynerlik təcrübəmi daha da artırdım. Bunun nəticəsi kimi elə həmin ilin sentyabrında Azərbaycanın ən nəhəng reklam agentliyi olan McCann Baku tərəfindən təklif aldım. Hal-hazırda  5 ildən çoxdur ki, bu doğma McCann komandasının bir üzvüyəm.

Əvvəl dizayner sonra isə art-direktor olaraq çalışdığım McCann Baku reklam agentliyində Bakcell, Coca-Cola, Unilever, Master Card, Gilan, Norm Sement, Atena, Dövlət Neft Fondu və s. yerli və qlobal şirkətlərlə işləmişəm.

Əksər proyektlerimi hələ yerləşdirməsəm də, portfoliomu behance səhifəmdən izləyə bilərsiz. Daim öz bilik və bacarıqlarımı təkmilləşdirmək, yeni proqramları mənimsəmək demək olar ki, hobbim sayıla bilər. Son bir il ərzində 3d qrafika bacarığımı təkmilləşdirmək məqsədilə demək olar ki, gündəlik Cinema4D proqramında eksperimentlər aparıb facebookinstagram səhifəmdə yerləşdirirəm. İzləyib fikirlərinizi paylaşa bilərsiniz.

Reklam və qrafik dizayn sahəsində hər hansı sual, müzakirə və mənimlə bölüşə biləcəyiniz fikirləriniz olarsa əlaqə bölməsindən asanlıqla yaza bilərsiniz.