Tipoqrafikaya həsr etdiyim kiçik həcmli məqalələr seriyasının ilk mövzusu elə bu terminin düzgün yazılışı (deyilişi) haqqında olacaq. Termin niyə bəzən tipoqrafika deyil, tipoqrafiya formasında ifadə edilir?
Bloq yazıları


Son zamanlar qrafik və veb dizayna maraq olduqca böyükdür və durmadan da artır. Bu maraqlı sahənin belə populyarlıq qazanması yeni başlayanlar arasında təbii bir sual yaradır — qrafik dizaynı öyrənmək üçün nə edim, hara müraciət edim? Suala cavab tapmağa çalışaq.

Bir neçə ildi qrafik dizaynerlərin portfoliolarında maraqlı bir qol yaranıb — loqofoliolar. Bu maraqlı tendensiya, loqofolioların bəzi üstümlükləri haqqında istərdim qısaca öz fikirlərimi paylaşım.

Digital Marketing Conference 2017-də spikerlik edib, “Sosial şəbəkələr üçün reklam posterlərini necə hazırlamaq lazımdır?” mövzusunda çıxış etdim. Bu tədbirin üzərindən təxminən 1 il keçib. Qərara gəldim ki, növbəti DMC ərəfəsində bu videonu paylaşım.

Qərara gəldim ki, qrafik dizaynla bağlı kitablar oxuduqca onlarla bağlı qısa şərhlər yazım. Açılışı Yan Uayt-ın “Dizaynla redaktə” kitabı oldu. Çoxsəhifəli çap materialları dizayı ilə məşğul olanlara faydası ola biləcək kitab haqqında ətraflı məqalədə.

Dinamik loqo, dinamik korporativ kimlik günbəgün aktuallıq qazanır. Brendi rəngarəng, uzun müddət dəbdə saxlayan bu dizaynlar haqqında ətraflı məqalədə müzakirə aparaq.

Qrafik dizaynerin portfoliosu necə olmalıdır? Yaxşı portfolio üçün nə etmək lazımdır? Ümumiyyətlə portfolio nə üçündür? Bu tipli suallara cavab tapmağa çalışaq.

3 sentyabrda çoxdan gözlənilən Graphic Design Azerbaijan qrupunun təşkil etdiyi sayca 4-cü Azərbaycan Dizaynerlər Forumu baş tutdu. Spiker kimi çıxış edib, təcrübələrimi, apardığım eksperimentləri həmkarlarımla bölüşmək çox gözəl tərcrübə oldu.

Çox az da olsa boş vaxt tapan kimi çalışıram fürsətdən maksimum istifadə edim. Hansısa yeni proqram və ya alətləri öyrənirəm, texniki tərəflərimi təkmilləşdirirəm. Bu dəfə hədəfimə foto-retuş, foto-manipulyasiya düşdü.

Səliqəli foto manipulyasiya və kollajların hazırlanması zamanı keyfiyyətli foto stoklardan istifadə etmək mütləqdir. Ölçüsü kiçik, keyfiyyəti aşağı olan fotolar son nəticəyə də öz mənfi təsirini mütləq göstərir. Bəs belə stok fotoları haradan əldə etmək mümkündür? Bu dəfəki yazımda bəzi pulsuz resurslara nəzər salmaq istərdim. Pullu foto-bankları isə növbəti məqalədə müzakirə edərik.