Pulsuz Foto Stok Saytları

Pulsuz foto-stok saytları

Səliqəli foto manipulyasiya və kollajların hazırlanması zamanı keyfiyyətli foto stoklardan istifadə etmək mütləqdir. Ölçüsü kiçik, keyfiyyəti aşağı olan fotolar son nəticəyə də öz mənfi təsirini mütləq göstərir. Bəs belə stok fotoları haradan əldə etmək mümkündür? Bu dəfəki yazımda bəzi pulsuz resurslara nəzər salmaq istərdim. Pullu foto-bankları isə növbəti məqalədə müzakirə edərik.

Hər gün bir render

Hər gün bir render

Keçən il, yəni 2016-cı ilin əvvəlində Cinema 4D proqramı haqqında dünyanın ən məşhur bloqlarından olan greyscalegorilla.com saytında maraqlı bir məqalə gördüm. Əsas müəlliflərdən olan Nick Campbell “Gəlin birgə öyrənib, inkişaf edək” adlı yazı yazmışdı.

Dizayner səliqəsi. 1-ci hissə. Qovluq və fayllarla iş

Dizayner bütün günü səliqə-səhmanla məşğuldur. Dizaynı maksimum gözəlləşdirməyə çalışır, rənglərlə, formalarla, şriftlərlə eksperimentlər aparır. Sonda qane olduğu nəticəni tapıb işi tamamlayır. Amma bütün bunların fonunda çox vaxt dizaynerin özünün iş yerini də səliqəyə salan lazımdı.

Ön söz və ya bloq haqqında bir neçə kəlmə

Allaha şükür, təmbəlliyin daşını atıb şəxsi bloqumu işə saldım… Bir neçə il əvvəl “azdizayner.com” adlı bloqu idarə edirdim. O saytda daha çox Corel Draw və Adobe Photoshop-la bağlı hazırladığım dərsləri yerləşdirirdim. Kifayət qədər də uğurlu alınmışdı. 2010-cu ildə MilliNet müsabiqəsində Bloqlar kateqoriyasında qalib gəldim. Amma heç bir il də keçmədi bloqun fəaliyyətini dayandırmalı oldum.